“Bakı 2015” I Avropa Oyunlarının medalları fevralın 5-də təqdim olunacaq.
Korner.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri, Oyunların Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.
Onun sözlərinə görə, təqdimat “Bakı-2015″in Koordinasiya Komitəsinin Bakıda təşkil olunacaq son iclası çərçivəsində baş tutacaq: “Medalların dizaynı təsdiqlənib. 2 000-dən çox medalın istehsalına başlanılıb”
