Bu gün “Bakı-2015” Avropa Olimpiya oyunlarında boks yarışına start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə iki boksçumuz rinqə çıxacaq.
Azərbaycan idmançısı Collazo Sotomayor kişilər arasında birinci yarımorta çəki (64 kq) dərəcəsi üzrə 1/16 final mərhələsində Sloveniyadan Edin Sejdinoviçlə üzləşəcək. Görüş saat 18:15-də başlayacaq.
Teymur Məmmədov isə yarımağır çəki dərəcəsində Böyük Britaniyadan Joşua Buatsi ilə mübarizə aparacaq. Bu görüş isə saat 13:45-də start götürəcək.
