Bu gün “Bakı-2015” Avropa Oyunlarının taekvondo yarışında daha 2 dəst medal öz sahibini tapacaq.
Korner.az-ın məlumatına görə, kişilər 80, qadınlar 67 kq çəki dərəcəsində mübarizə aparacaqlar.
Taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
Taekvondo
Kişilər
80 kq
İlkin mərhələdən mübarizəyə qoşulacaq.Azərbaycan təmsilçisi Milad Beiqi Harçeqani serbiyalı Damir Feyziçlə üz-üzə gələcək. Qarşılaşma saat 10:45-də başlayacaq.
Qadınlar
67 kq
Gənclər arasında dünya çempionumuz Fəridə Əzizova ilk döyüşünü saat 10:30-da hollandiyalı Yoyse Van Baarinə qarşı keçirəcək.
