Bakıda keçiriləcək ilk Avropa Oyunlarının su polosu üzrə yarışlarına qatılacaq yığmaların bir çoxunun adları bəlli olub.
Korner.az-ın məlumatına görə, ölkəmizə gələcək 12 yığmanın adına aydınlıq gəlib.
Kişi su poloçuların mübarizəsində 16 milli komanda yarışacaq. Azərbaycan yığmasının ev sahibi kimi iştirak edəcəyi yarışa gənclərin Avropa çempionatında ilk 7 yerin sahibi təşrif buyuracaq. Bunlar Monteneqro, Serbiya, İtaliya, Macarıstan, Xorvatiya, Rusiya və İspaniya poloçilarıdı. Digər 8 komandanın adı isə martın 11-15-də keçiriləcək Avropa Oyunlarının Təsnifat Mərhələsindən sonra məlum olacaq.
Qadınların yarışında isə Azərbaycanla yanaşı, Yunanıstan, İspaniya, Hollandiya, İtaliya və Macarıstan yığmaları lisenziyaya sahib olublar. Burada da son 6 millinin adı martın 11-15-də keçiriləcək Avropa Oyunlarının Təsnifat Mərhələsində müəyyənləşəcək.
Xatırladaq ki, Avropa Oyunlarında su polosu yarışları iyunun 12-21-də baş tutacaq.
