Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsində qrup mərhələsinə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, A qrupunda mübarizə aparna millimiz Türkiyə ilə qarşılaşacaq.
Bütün oyunlarını qələbə ilə başa vuran yığmamız liderliyini qorumaq üçün ən yaıxn izləyicisi Türkiyəni məğlub etməlidi.
Qeyd edək ki, hər iki yığma 1/4 final mərhələsinə vəsiqəni təmin edib.
Voleybol, Qadınlar, V tur
21 iyun
A qrupu
09:00. Belçika – Polşa – 3:2 (25:22, 21:25, 23:25, 25:22, 16:14)
14:30. İtaliya – Rumıniya – 0:3 (23:25, 16:25, 21:25)
20:00. Türkiyə – Azərbaycan – 3:0 (25:23, 26:24, 25:21)
