“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin üzvləri Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan “Qəbələ” – “Sumqayıt” matçından (2:0) öncə Qəbələyə səfər ediblər.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində “Qəbələ”nin təlim-məşq bazası və futbol akademiyası ilə tanış olan nümayəndə heyəti klub əməkdaşları ilə yoldaşlıq oyununda üz-üzə gəlib.
Komandalar meydançaya “Baku-2015” logolu formalarda çıxıblar. Matç “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın ardından klubun futbol direktoru Toni Adams “oyunun ən yaxşı futbolçusu”na imzalı top hədiyyə edib.
Heyətin başqa bir üzvü Adams imzası olan formaya sahib çıxıb. Komitə üzvləri “Qəbələ”-“Sumqayıt” matçını izlədikdən sonra paytaxta dönüblər.
