"Xəzər Lənkəran" klubunda baxışda olan xorvat qapıçı İvan Çoviç məşqçilər korpusu tərəfindən bəyənilib.
Bu barədə Korner.az saytı dünən sizə eksklüziv məlumat vermişdi. Artıq klub bununla bağlı rə
smi olaraq bəyan edib ki, xorvat qapıçı ötən gün baş tutan axşam məşqində kifayət qədər etibarlı oyunu ilə məşqçilər korpusunun rəğbətini qazana bilib.
