“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes "Turan" üzərindəki qələbəni (4:2) şərh edib.
Korner.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis qarşılaşma ilə bağlı bunları deyib:
“Hər qoldan sonra komandamızda arxayınlıq yaranırdı. Bu da diqqətsizliyin yaranmasına və qol buraxılmasına səbəb olurdu. Komandamız hesab 3:2 olanda başa düşdü ki, 3 xal əldən gedə bilər. Bundan sonra diqqəti artırıb 4-cü qolu vurduq. Bu 3 xal bizim üçün çox vacib idi. Xüsusilə də özünəinam üçün”.