Topaz Premyer Liqasının 19-cu turuna “Xəzər Lənkəran” – “İnter” oyunu ilə yekun vuruldu. Gərgin idman mübarizəsi şəraitində keçən oyun paytaxt klubunun 3-2 hesablı qələbəsi ilə başa çatdı.
Korner.az hər iki klubun baş məşqçisinin oyundan sonra keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlərlə sizi tanış edir:
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Lənkəranda oynamaq həmişə xoşdur. Stadiona toplaşan çoxsaylı azarkeşlər oyuna yaraşıq qatırlar. Oyuna yaxşı başladıq, ilk qolu asanlıqla vurduq. Əks-hücumlarda çox oynadıq, rəqibin boşluqlarından istifadə etdik. Hesabda irəli olduqdan sonra “Xəzər Lənkəran” uzun ötürmələrlə oynamağa başladı, lakin, bu, əhəmiyyətsiz oldu”.
Karles Bakes, “Xəzər Lənkəran” klubunu baş məşqçisi: “Oyuna yaxşı başlamadıq. İlk qolda “İnter”in oyunçusu sərbəst qaldı, rahatlıqla zərbəni qapıya vurdu, qol oldu. Oyunçularımızda mübarizə vaxtı sərtlik yox idi. İki fərqli hissə oynadıq. İkinci hissədə daha yaxşı oyun göstərdiyimizi düşünürəm”.