Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş "Neftçi" – AZAL matçında meydan sahibi komandanın futbolçularından bir neçəsinin formasındakı yaşıl ləkələrin səbəbi açıqlanıb.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə ləkələrin meydanın qazonuna səpilmiş yaşıl boyadan qaynaqlandığını deyib.
Abbaszadə bildirib ki, oyundan əvvəl qazonun saralmış hissələrinə yaşıl boya səpilibmiş.
