Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Bakcell Arena"da keçirilən "Qəbələ" – "Apollon" görüşünün son dəqiqələrində tribunada gərginlik yaşanıb.
Korner.az-ın məlumatna görə, Kipr bayrağını cırmağa cəhd edən "Qəbələ" azarkeşinə polislər tərəfindən müdaxilə edilib.
Müdaxilə zamanı polislər azarkeşi tribunadan aşağı yuvarlayıb. Ağır xəsarət alan azarkeşə həkimlər tərəfindən yardım göstərilir. Hal-hazırda durumu ağır olan zərərçəkən hələ də özünə gəlməyib.