8-ci km stadionu ot örtüyünün yenilənməsi prosesi ilə əlaqədar bu gündən etibarən təmirə bağlanacaq.
Bu barədə məlumatı AFFA yayıb. Hazırkı ot örtüyündə son oyun AFFA – “Aqro Sport” şirkətinin (arenanın ot örtüyünə xidmət göstərən qurum) və “Neftçi”nin əməkdaşlarından təşkil olunmuş komandalar arasında keçirilib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb.
Qeyd edək ki, beynəlxalq ənənəyə əsasən, stadionun ot örtüyü yenilənməzdən əvvəl köhnə ot örtüyü üzərində son oyun həmin arenaya aidiyyatı olan qurumların əməkdaşları arasında keçirilir.
