“Neftçi”nin futbolçusu Bahodir Nasimov klubun rəsmi saytına açıqlama verib.
Korner.az-ın məlumatına görə, Özbəkistan milli komandasının heyətindəkı çıxışı haqda fikirlərini bölüşən hücumçu hazırda Avstriyada təlim-məşq toplanışında olan “Neftçi”nin əsas heyətindəki yerini qaytarmaq üçün çalışdığını deyib:
“Azərbaycan Premyer Liqası başa çatandan sonra Özbəkistan milli komandasının düşərgəsinə yollandım. Yığmanın heyətində dünya çempionatının seçmə mərhələsinin Qətərlə oyununda iştirak etdim və 2 qol vurdum. “Neftçi”nin məşqçilər korpusu bu oyundan sonrakı yorğunluğumu nəzərə alıb, istirahət etmək üçün mənə icazə verərdilər. Lakin mən istirahət haqda düşünmədim. Buna görə də millidən ayrılan kimi, dərhal “Neftçi”nin Avstriyadakı düşərgəsinə gəldim. Məqsədim əvvəlki formamı tam bərpa edərək, “Neftçi”nin əsas heyətindəki yerimi geri qaytarmaqdır”.