Antalyada hazırlılqarını davam etdirən son ölkə çempionu "Neftçi" yoxlama matçında qüvvəsini sınayıb.
Korner.az–ın məlumatına görə, "ağ-qaralar"ın 2013-cü ildəki ilk rəqibi Rusiyanın "Rotor" klubu olub.
İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında uzun müddətdir zədədən əziyyət çəkən Bahodir Nasimov "flaqman"a qələbə gətirən qolun müəllifi olub.
19 yanvar
Yoldaşlıq görüşü
19:00. "Neftçi" (Azərbaycan) – "Rotor" (Rusiya) – 1:0
Qol: Bahadır Nəsimov, 69 (1:0)
