Dünən Topaz Premyer Liqasının 25-ci turuna yekun vuruldu.
Günün son qarşılaşmasında”Qarabağ” “Bakı”nın qapısına 4 cavabsız qol vurdu.
Korner.az-ın PFL-ya istinadən verdiyi məlumata görə, bu güm turun rəmzi
komandası müəyyənləşib. InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim
etdiyi statistik məlumatlara əsasən ötun turun ən yaxşı 11-liyi aşağıdakı
kimidir:
Qapıçı – İbrahim Sehiç (Qarabağ)
Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Rəşad Sadıqov
(Qarabağ), Bədavi Hüseynov (Qarabağ), Mahir Şükürov (Neftçi)
Yarımmüdafiəçilər – Reynaldo Silva (Qarabağ), Lorenzo
Ebesilio (Qəbələ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc (Qarabağ)
Hücumçular – Bahodır Nasimov (Neftçi), Miloş Adamoviç (Rəvan)
Turun ən yaxşı oyunçusu isə “Neftçi”nin özbəkistanlı
hücumçusu Bahodır Nasimovdur.
