"Neftçi" klubunun özbəkistanlı hücumçusu Bahadır Nəsimov Azərbaycana qayıdıb.
Korner.az-ın məlumatına görə, öz vətənində müalicə keçmiş futbolçu təkrar müayinə olunduqdan sonra fərdi qaydada məşqlərə başlayacaq.
Klubun rəsmi saytı üçün danışan Nasimov tezliklə meydana çıxmaq istədiyini bildirib:
"Ayağımdan aldığım zədə səbəbindən vacib oyunlarda komandama kömək edə bilmədim. Amma futbolda heç kim zədədən sığortalanmayıb. Müalicəm demək olar ki, yekunlaşır. Fərdi məşqlərə başlayacam. Çalışacam ki, bərpa müddətini tez bir zamanda keçərək komanda ilə hazırlığa qoşulum".
