"Bavariya" klubunun futbolçusu Holqer Badştuber komandada qalacaq.
Korner.az-ın məlumatına görə, təcrübəli müdafiəçinin meneceri Robert Sneyder Badştuber haqqında çıxan dedi-qoduları yalanlayıb.
Rəsmi açıqlamada Badştuberin meneceri bunları deyib: "Yuventus" ilə bağlı transfer dedi-qoduları tamamilə yalandır. Badştuber "Bavariya"ya məxsusudur və ona heç bir təklif gəlməyib".
Qeyd edək ki, 2012-ci ildə zədələnən 25 yaşlı müdafiəçi gələn mövsümdən etibarən tam olaraq futbola qayıdacaq.
