Milli

“Bacardığımızı edəcəyik” – Şəhriyar Rəhimov

15.11.2019 , 21:01

Azərbaycan millisinin futbolçusu Şəhriyar Rəhimov AÇ-2020-nin seçmə mərhələsində Uelslə oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib.

Korner.az xəbər verir ki, 30 yaşlı futbolçu matçın çətin keçəcəyini deyib: “Bizim üçün vacib qarşılaşmadır. Xalqımız üçün bacardığımızı edəcəyik. Bu seçmə mərhələ çərçivəsində doğma meydanımızda son görüşümüzə çıxacağıq. Azarkeşlərimizi sevindirmək, ölkəmizi layiqincə təmsil etmək üçün qələbə qazanmağa çalışacağıq”.

“Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlayacaq.

Son yazılar

Yuxarı