“Rəvan”la keçirilən matçda (1:5)
het-trik etməklə fərqlənən “İnter”in hücumçusu Baçana Tsxadadze qarşılaşma
barədə danışıb.
Korner.az-ın məlumatna görə, klubun
rəsmi saytına verdiyi açıqlmada gürcüstanlı hücumçu qələbənin əhəmiyyəti
haqqında fikirlərini açıqlayıb və komandanın hücum xəttinin tənqid olunmasına
münasibətini bildirib:
-Baçana, “Rəvan”la
matçda “İnter” yaxşı başlamadı, bununla belə, komanda artıq birinci hissədə
görüşün gedişini dəyişdirə bildi və qalibin müəyyənləməsi üçün bütün məsələləri
həll etdi.
-Bu qələbə bizim üçün
çox vacib idi. Bəli, biz oyuna pis başladıq, 1:0 “Rəvan”ın xeyrinə olduğu zaman
rəqibin daha bir qol vurmaq şansları da oldu. Ancaq bundan sonra biz özümüzə
gəldik və oyunun gedişini xeyrimizə dəyişdirə bildik. İkinci hissədə
konsentrasiya o qədər də yüksək səviyyədə olmadı, lakin bu, hesabda böyük fərqlə
irəlidə olmağımızla əlaqədar idi. Yaxşı ki, biz belə böyük hesabla qalib
gəldik. Bu qələbə bizə ilk növbədə psixoloji planda kömək edəcək.
-Yəqin “Rəvan”la matç öncəsində komanda daxilində müəyyən
gərginlik var idi. Axı üç məğlubiyyətdən sonra futbolçuların psixoloji
vəziyyətləri hissediləcək dərəcədə sarsıla bilərdi.
-Bəli, vəziyyət bir
qədər gərgin idi. Ancaq rəhbərlik və məşqçilər korpusu komandanı dəstəklədilər.
Hər gün bizə deyirdilər ki, bu futboldur və belə vəziyyətlər hərdən baş verir.
Bizə ürək-dirək verirdilər və deyirdilər ki, toparlanmaq lazımdır. Bununla
belə, bir qədər kədərli idi, axı biz ilk üç turda məğlub olmuşduq. Amma hazırda
vəziyyət dəyişdi: qələbə bizə inam verdi, futbolçular yaxşı
əhval-ruhiyyədədirlər. Ümid edirəm ki, bu qələbə bizaə növbədə oyunlarda da
kömək edəcək.
-“İnter” ilk 3 turda hesabı birinci açırdı, lakin sonr məğlub
olurdu. Maraqlıdır, “Rəvan” hesabda önə keçərkən bu barədə düşündünüzmü?
Komandanın bu üstünlüyünü yenidən itirə biləcəyini fikirləşdinizmi?
-Xeyr, etiraf edim ki,
ikinci qolu vurduqdan sonra mən tamamilə əmin idim ki, bu dəfə qalib gələcəyik.
AZAL ilə ötən matçda, vurulan qoldan sonra, mən, fikirləşirəm, digər
futbolçular da belə düşünmüşdülər ki, biz yenə qolu birinci vurduq və birinci
hissədə qol buraxmamalıyıq. Ancaq fasiləyədək qapımızda yenidən qol gördük.
Ancaq bu dəfə özümüzə güvənimiz vardı və qalib gələcəyimizə inanırdıq.
-Matç sizin üçün də uğurlu oldu. Hesabınıza mövsümün, eləcə də
“İnter”in heyətində ilk het-trikini yazdınız.
-Üç qol vurub komandaya
kömək etdiyimə görə sevinirəm. Ancaq ən əsası komandanın qələbəsidir. Kimin qol
vurmasının mənim üçün əhəmiyyəti yoxdur, axı futbol komanda oyunudur. İstərdim
ki, komanda bundan sonra da qələbə qazanmaqda davam etsin.
-Yeri gəlmişkən, biz müşahidə etdik ki, Bayıl stadionunda
keçirilən bütün oyunlarda fərqlənə bilmisiniz.
-Burada nə demək olar
(gülür). Yaxşı ki, bu meydanda hər qarşılaşmada qol vurmaq mümkün olur.
-Mövsümün əvvəlində mətbuatda “İnter”in hücum xətti tənqidə məruz
qaldı. Deyirdilər ki, komandada hücumu uğurla başa vura biləcək futbolçu
çatışmır. Bu sözlərə münasibət açıqlaya bilərsiniz?
-Bu sözləri şərh etmək
istəməzdim. Mən sadəcə belə bəyanatlara özümün yaxşı oyunumla cavab verməyə
çalışıram. Düşünürəm ki, bu, mənim tərəfimdən ən yaxşı cavab olardı.
-Bu yaxınlarda komandaya yeni forvard İlço Naumovski qoşuldu. Necə
düşünürsünüz, bu yeni futbolçu komandaya kömək edə biləcək?
-Bəli, yaxşı karyerası
olan forvard bizə qoşuldu. İlço yaxşı oğlandır, bundan başqa, o, əla
futbolçudur. Düşünürəm ki, o, bizə kömək edəcək.
-Qarşıdan komandanı “Simurq”la çətin oyun gözləyir. Zaqatala
klubuyla gözlənilən matç barədə nə düşünürsünüz?
-Biz stadionumuzda
oynayacağıq. İlk növbədə bizə öz oynumuzu göstərmək lazımdır. Özümüzü
yaxşı tərəfdən göstərməyə çalışmalıyıq və o zaman yaxşı nəticəyə ümid edə
bilərik.
-İlk turlara əsasən komandanın vəziyyətlərini qiymətləndirmək
çətindir. Hər halda çempionatın hansı komandası sizə daha yaxşı təsir
bağışlayır və hansı komandaları mövsümün favoritləri sayırsınız?
-Mən artıq neçə ildir
Azərbaycanda çıxış edirəm və etiraf edim ki, digər komandalar arasında
“Qarabağ”a daha çox rəgbətim var. Bu mövsümdə də onlar güclüdürlər və hesab
edirəm ki, “Qarabağ” mövsümün əsas favoritlərindən biridir. “Qarabağ” güclü
rəqibdir. Lakin digər komandaları da unutmaq olmaz.
-Yeri gəlmişkən, dördüncü gün “Qarabağ”ı Avropa Liqasının play-off
mərhələsinin cavab qarşılaşmasında Almaniyanın “Ayntraxt” komandasıyla oyun
gözləyir.
-“Qarabağ”a cavab
oyununda uğurlar arzulayıram. Onlara azarkeşlik edəcəyəm. Bu komandada
həmyerlim və dostum Hikoloz Gelaşvili də oynayır. Ona qol vurmağı və bu görüşdə
qələbəni komandayla birlikdə qeyd etməyi arzulayıram.
