Dünən "Xəzər Lənkəran" klubunun direktoru Babək Quliyevin istefa verdiyini və bu istefanın klub rəhbərliyi tərəfindən qəbul olunmadığı haqda sizə öncədən də məlumat vermişdik.
Lakin bu gün Quliyev komandadan göndərilib.
"Ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Korner.az-a açıqlamasında deyib ki, Babək Quliyev bu gün klub rəhbərliyi ilə görüşündən sonra istefaya göndərilib:
"Dünən Babək Quliyev istefa verəndən sonra mən kub rəhbərliyinə, Babək Quliyevin özünə klubda qalmasını istədim və bu belə də oldu. Lakin bu gün rəhbərliklə görüşdən sonra Quliyev istefaya göndərildi. Onun istefa verməsində kənar amillərin, təzyiqlərin də olduğunu istisna etmirəm".