“Bəziləri futbolda nəticənin əsas olduğunu düşünürlər. Mənim üçün komandanın gözəl oyun göstərməsi daha vacibdir".
Korner.az-ın məlumatına görə, bu sözləri "Rəvan" klubunun baş məşqçisi Kemal Alispahiç "Neftçala" üzərindəki qələbəni şərh edərkən deyib.
Bosniyalı çalışdırıcı qələbəyə baxmayaraq narzaı qaldığını bildirib:
"Komandamın bugünkü oyunundan narazı qaldım, ola bilər ki, futbolçular psixoloji cəhətdən oyuna hazırlaşa bilmədilər. Son dəqiqədə qələbə qolunu vurduq, mərhələ keçdik. “Neftçala” bu cür oynamağa davam etsə gələn mövsüm Premyer Liqada bizim rəqibimiz olacağına inanıram”.
