Futbol

“Bəziləri elə düşünür ki, Azərbaycan çempionatında oynamaq asandır” – “Neftçi”nin legioneri

23.06.2021 , 11:56

“Neftçi”nin futbolçusu Yusuf Laval “Neftçi” TV-də yayımlanan “Piramida” verilişinin qonağı olub.

Korner.az xəbər verir ki, Laval, verilişdə Azərbaycan və Belçika çempionatlarını fərqləndirib:

“Bəziləri elə düşünür ki, Azərbaycan çempionatında oynamaq asandır. Amma belə deyil. Hər oyunda xal itirmək mümkündür. Belçika ilə Azərbaycan çempionatı arasında fərq odur ki, orada 16 komanda idi, burada 8. Belçikada hər komanda ilə 2 dəfə, burda isə 4 dəfə oynayırsan. Azərbaycan Premyer Liqası çətin liqadır. Burda hamı xal itirə bilər.

Azərbaycanda qarşılaşdığı ən çətin rəqibin “Zirə” olduğunu deyən 23 yaşlı yarımmüdafiəçi, ən sevdiyi futbolçunun da adını açıqlayıb:

“Ən sevdiyim futbolçu Obefami Martins idi. Uşaqlığımdan onun oyunlarını izləyirdim. Uşaqlar ona oxşadığıma görə mənə Obefami deyirdilər. Ən sevdiyim liqa Fransa çempionatı, ən sevdiyim komanda isə “Bordo”dur”.

Son yazılar

Yuxarı