Ölkə futbolu

“Bəzi səhvlər normaldır” – Ayxan Abbasov

17.08.2019 , 21:50

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın ilk turunda səfərdə “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Korner.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Çempionatın startı münasibəti ilə bütün futbol ictimaiyyətini təbrik edirəm. İlk oyunda bilirdik ki, bizi hansı anlar gözləyir. Rəqibi həftəboyu təhlil etmişdik. Üstünlüyümüz onda idi ki, “Dinamo”yla oyunlarını təhlil edib futbolçuları məlumatlandırmışdıq. Səhvlərimiz də oldu, yaxşı anlar da. Tam yaxşı oynamadıq. Bu da debüt matçıyla əlaqədardır. Bəzi səhvlər normaldır, çünki gənc futbolçularımız çoxdur. Sevinirik ki, “Sumqayıt” səfərdə ilk dəfə “Qəbələ”ni məğlub etdi”.

 

Son yazılar

Yuxarı