“Bəzi futbolçuların oyunu alınmadı” – Ayxan Abbasov
15.02.2020 , 19:57

Azərbaycan Premyer Liqasında XVII turun “Sumqayıt” – “Sabah” oyunundan (1:2) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
Korner.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:
“Önəmli həftə idi. Xal fərqini artıra bilərdik. Yuxarı pillələrə yaxınlaşmaq şansımız var idi. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Arxayınlaşma yox idi. Bir qələbədən sonra arxayınlaşırıqsa, bu, bizim zəifliyimizdi. Bəzi futbolçuların oyunları alınmadı. Hər dəfə yaxşı oynamaq olmur. Çalışacağıq ki, bu oyundan dərs çıxaraq”.
