Azərbaycan kubokunun 1/16 final mərhələsinin açılış oyununda “Kəpəz” I divizion təmsilçisi “Qala”nı 4-2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı. Korner.az-ın məlumatına görə, oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Mahmud Qurbanov qarşılaşma ilə bağlı bunları dedi:
“4-2 hesablı qələbə qazandıq, komandamızın çoxlu qol imkanları oldu. Lakin hamısından istifadə edə bilmədik. Bunun üzərində çalışmalıyıq. Bəzi futbolçular hansı komandada olduqlarını hələ tam dərk etmirlər. “Qala” komandasının qapıçısının oyunu tərifə layiqdir. Artıq növbəti mərhələdə “Qarabağ”la qarşılacağıq, öz oyunumuz üzərində işləməliyik”.