Bəybalayevli “Telavi” doğma meydanda uduzdu
25.05.2021 , 17:36

Gürcüstan çempionatında XV turun oyunları davam edir.
Korner.az xəbər verir ki, Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi” bu turda doğma meydanda “Saburtalo” ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı yarımmüdafiəçi 71-ci dəqiqədə meydana daxil olub.
“Telavi” 8 xalla 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.
