Bəybalayevli “Telavi” 1/8 finalda
22.04.2021 , 17:23

Gürcüstan Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” səfərdə “Samqurali”nin ikinci komandası ilə qarşılaşıb və 3:1 hesablı qələbə ilə 1/8 finala adlayıb.
Vüqar da bu görüşün içtirakçısı olub. O, start heyətdə meydana çıxıb, sonadək mübarizə aparıb.
