"Kəpəz"in futbolçusu Bəxtiyar Sultanov Topaz Premyer Liqasının XIII turunda qarşılaşacaqları "Bakı" ilə oyun barədə fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibəsində 23 yaşlı futbolçu sabiq komandası ilə görüşün onun üçün prinsipial olmadığını bildirib:
"Prinsipiallıq olmayacaq, amma sonuncu yerdən çıxmaq üçün əlimizdən gələni edəcəyik. "Bakı" ilə heç bir prinsipim yoxdu. Sonuncu yerdə olmağımız isə bizə də xoş deyil. Baş məşqçi Mahmud Qurbanov da taktiki cəhətdən hazır olmaq üçün ən yaxşısını edəcək".
