Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran “Araz” artıq Naxçıvana
qayıdıb.
Korner.az-ın məlumatına görə, birinci divizionun başlanmasına az bir zaman qalmış heyətini daha bir
yerli futbolçu ilə gücləndirən Naxçıvan təmsilçisi son mövsümü “Qarabağ”da
keçirən Bəxtiyar Soltanovu sıralarına qatıb.
Naxçıvana gələn Bəxtiyarla artıq
müqavilə bağlanılıb.
Bəxtiyar Soltanovun bu mövsümün sonunda “Qarabağ”la müqaviləsi bitdiyindən “Rəvan”la
anlaşmışdı. Lakin Vladislav Qədirovun “Rəvan”ın “sükanı” arxasına gətirilməsindən
sonra bu komandadan ayrılan hücumçu bundan sonra “Araz”ın uğurları üçün tər tökəcək.
