II Qəbələ turnirinin 3-cü yer uğurunda "Barselona"ya uduzan Ukrayna "Şaxtyor"unun kapitanı Bıkov məğlubiyyəti dəyərləndirib.
Korner.az-ın Qəbələyə ezam olunmuş əmıəkdaşının verdiyi məlumata görə, Donetsk klubunun kapitanı ikinci hissədə buraxdığı qolları təcrübəsiz olmaları ilə əlaqələndirib:
"Turniri təşkil edənlərə təşəkkür edirəm. Bir az bəxtimiz gətirmədi ki, penaltilərdə uduzub finala çıxa bilmədik. Bizimçün yaxşı təcrübə oldu. Xüsusilə "Barselona"yla oyun".