“Bəxtimiz gətirib ki, bizim Messimiz var” – Valverde
09.12.2018 , 14:23

“Barselona”nın baş məşqçisi Ernesto Valverde komandanın kapitanı Lionel Messinin İspaniya La Liqasının 15-ci turunun “Espanyol”la oyunundakı çıxışını dəyərləndirib.
Təcrübəli mütəxəssis Kataloniya derbisində 2 qol vurub, 1 məhsuldar ötürmə edən argentinalı hücumçuya tərif yağdırıb. Valverde Messi kimi futbolçuya sahib olduqları üçün özlərini şanslı hesab etdiklərini bildirib:
Qeyd edək ki, “Barselona”nın 4:0 hesabı ilə qalib gəldiyi matçda dubl edən Messi hər iki qolu cərimə zərbəsindən vurub.
