AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılan "Bakı"nın meneceri Zeynal Məmmədov hal-hazırda davam edən "Bakı" – "Xəzər Lənkəran" matçını izləyənlər sırasındadı.
VİP lojada HK-in sədri Xaqani Məmmədovla birgə ilk hissəni izləyən klub rəsmisinin cəzalı durumda ikən, bu matçı izləməsi maraq doğurdu.
AFFA nümayindəsi Şaiq Həmidov Korner.az-a verdiyi açıqlamada isə bunun mümkün olduğunu bildirib:
"VİP lojada matçı izləmək olar. Cəza tribunadan izləməyə aiddi".
Sonda onu da qeyd edək ki, ikinci yarıda artıq Məmmədovu VİP tribunada görə bilmədik.
