Azərbaycan Premyer Liqasının 7-ci turunun iki oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, bu barədə qol.az-a açıqlamasında PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.
O bildirib ki, “Neftçi” – “Qarabağ” və “Qəbələ” – “Xəzər Lənkəran” matçları “İdman Azərbaycan” telekanalı vasitəsi ilə nümayiş olunacaq.
Qeyd edək ki, iki tur bundan əvvəl İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilmiş “Böyük oyun”un canlı yayımlanmamasının səbəblərindən biri kimi arenada yayım üçün şəraitin münasib olmadığı göstərilmişdi.
