"Kemal Alispahiçin Amit Quluzadə ilə nə mübahisəsi ola bilər ki? Alispahiç Amitin atası yaşdadı".
Bu sözləri Korner.az-a açıqlamasında "Rəvan" klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Klub rəsmisi komandadan ayırlacaq Amit Quluzadənin: "Gələn dəfə yeni klubumu seçəndə diqqətli olmaq istəyirəm. Yenə səhv buraxmaq fikrim yoxdu”, fikirinə belə münasibət bildirib:
"Başqa kluba keçəndə görəcəyik Amit necə oynayır. Baş məşqçi Amitə şans verməyəndə həmişə Alispahiçə belə sual verərdi ki, mən niyə oynamıram?. Amit "Rəvan"a gələndə kluba xeyir verəcəyini, hər şeydən məmnun olduğunu deyirdi. İndi nə oldu? Alispahiçə oyuna damğasına vura biləcək futbolçu lazımdı. Amit isə ondan gözlənilən oyunu göstərə bilmədi".
