"Bildiyiniz kimi biz Bəhmən Həsənovu komandaya müvəqqəti baş məşqçi kimi təyin etmişdik. Məhz mövsüm başa çatandan sonra yeni məşqçi axtarışına çıxdıq. Lakin Bəhmən müəllim də bizdən ayrılmayacaq. O, komandada köməkçi məşqçi vəzifəsində çalışacaq".
Bu sözləri Korner.az-a açıqlamasında "Rəvan" klubunn vitse-prezidenti Bəhruz Şirəliyev deyib. Klubun baş meneceri hədəflərinin böyük olduğunu və gələn mövsüm ən azı ilk "altılıq"a düşmək istədiklərini bildirib: "İnanırıq Cevat müəllim gözləniləni verəcək. "Rəvan" qısa müddətdir ki, yaranıb. Ancaq hədəflərimiz olduqca böyükdür".
Hidayət QURBANOV
