"Alispahiçə güvənmişdik. Onsuz da komanda onun rəhbərliyi altında yaxşı nəticələr qazana bilmirdi. Son turda da "Simurq"la oyunda legioner limitinə riayət etmədi".
Bu sözləri Korner.az-a açıqlamasında "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
B.Şirəliyev tez-tez baş məşqçi dəyişikliklərinə toxunaraq məsələyə belə aydınlıq gətirib:
"Kim istəyər ki, tez-tez baş məşqçi dəyişsin? Alispahiç elə bir səhv etdi ki, bu baş məşqçiyə yaraşan hərəkət deyil. Mən uğursuzluqları qoyuram bir kənara, bu cür hərəkətə yol vermək məntiqəuyğun deyil. Ona görə də Alispahiçlə yollarımızı ayırmağa qərar verdik”.
