Millimizin Bəhreyn üzərindəki 3:0 hesablı qələbəsi FİFA reytinqində də öz bəhrəsini verəcək.
Korner.az-ın məlumatına görə, bu qələbə Berti Foqtsun yetirmələrinin hesabına 273,42 xal qazandırıb.
Bu isə o deməkdir ki, hazırda əmsalı 308-ə bərabər olan millimiz növbəti reytinq siyahısında 324 xala malik olacaq. Yığmamıza 16 xallıq qazanc gətirən qarşılaşmada itirən isə ərəblər olub.
Məğlub olduğu üçün 0-a layiq görülən Bəhreyn millisinin son reytinqdəki 331 xalı azalacaq. Sentyabrın 5-də açıqlanacaq cədvəldə asiyalıların cəmi 308 xalı olacaq.
