Avqustun 15-də Azərbaycan milli komandası ilə yoxlama oyunu keçirəcək Bəhreyn yığmasının sınaq matçına heyəti açıqlanıb. Korner.az-ın məlumatına görə, rəqib komandanın ingiltərəli çalışdırıcısı Piter Teylor millimizlə oyuna 27 futbolçu çağırıb. Lakin onların Azərbaycana 23 futbolçu ilə gələcəyi gözlənilir.
Qapıçılar: Seyyid Məhəmməd Cəfər, Abbas Əhməd, Abdulla əl-Kəbi, İbrahim Lütfullah
Müdafiəçilər: Davud Sə’d, Velid əl-Hiyam, Məhəmməd əl-Hirban, Abdullah Ömər, Məhəmməd Hüseyn, Abdullah əl-Həzza, Saleh Əbdülhəmid, Rəşid əl-Huti, İbrahim əl-Ubeydli
Yarımmüdafiəçilər: Salman İsa, Seyyid Ziya Səid, Mahmud Əbdürrəhman, Fəhd əl-Hərdan, İsa Musa, Seyyid Əhməd Cəfər, Casim Ayyaş, Əbdülvəhhab Əli
Hücumçular: Sami əl-Hüseyni, İmad əl-Hüseyni, Abdullah Əbdulcəlil Yusif, Hüseyn Baba, Seyyid Məhəmməd Adnan, İsmayıl Əbdüllətif
