Dünən Azərbaycan Birinci divizionun 14-cü turu çərçivəsində "Neftçala" "Bayıl Arena"da "Araz Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
Korner.az-ın məlumatına görə, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Bəhram Şahquliyev oyundan sonra qarşılaşma haqqında jurnalistlərə açıqlama verib:
"Çox çətin oyun oldu. Şükürlər olsun ki, qalib gəldik. Amma özünüz gördünüz bizə qarşı necə haqqsızlıq oldu. Məğlub olduğumuz çox oyun olub amma heç vaxt hakimliklə bağlı hansısa fikir söyləməmişəm. Amma hər şeyi özünüz gördünüz. Azlıqda qalsaq da, qalib gəldiyimiz üçün komandama təşəkkür edirəm".
Təcrübəli mütəxəsis həmçinin "Araz Naxçıvan" üzərində qazanılan bu qələbənin komandasına müsbət təsir edəcəyini bildirib:
"Araz Naxçıvan" bu mövsüm ilk dəfə idi ki, məğlub olurdu. Bu qələbə komandamıza çempionluq uğrunda mübarizədə müsbət təsir edəcək. Gələcək qarşılaşmalarda da qalib gəlib mövsümü çempion kimi bitirmək istəyirik".
