"Kristian Torres klubdan ayrılaraq evinə gedib. Taqim Novruzov isə AZAL ilə anlaşıb."
Bu sözləri Korner.az-a açıqlamasında "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib. Heyətdə bir çox futbolçuları sağlamaq istəyən Həsənov sözlərinə belə davam edib:
"Yaxın günlər ərzində klubda toplanış olacaq. Kimin gedib, kimin gələcəyini o zaman müəyyənləşdirəciyik. Xaricdən legioner oyunçular dəvət edəcəyik. Kristian Torresin mövqeyinə yeni futbolçu tapmışıq".
"Niyə heyətə yerli futbolçu cəlb etmirsiz?" – sualına isə çalışdırıcı bu cür cavab verdi: "Bilirsiz güclü azərbaycanlı futbolçular "Qarabağ", "Xəzər Lənkəran", "Neftçi" kimi aparıcı klublarda çıxış edirlər. Onların transfer qiyməti həddən artıq bahadır".
