“Birinci və ikinci hissənin sonlarında top rəqib müdafiəçinin əlinə dəysə də, hakim penalti vermədi. Əgər belə durum bizim futbolçuyla bağlı olsaydı, qapımıza onbirmetrlik cərimə zərbəsi təyin olunacaqdı”.
Korner.az-ın məlumatına görə, bu sözləri “CBC Sport”a müsahibəsində “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.
O, Topaz Premyer Liqasının bu gün “Qəbələ”yə qarşı keçirilən oyundakı məğlubiyyətə (0:1) görə baş hakim Ömər Paşayevi günahlandırıb:
“Əslində “Qəbələ” bizdən yaxşı oynamadı. Hakimə “sağ ol” deyirəm. O, matçı çox aşağı səviyyədə idarə etdi. Demirəm ki, bizə qarşı qərəzlidilər. Amma hər oyunda hakim haqsızlığı ilə üzləşirik” – deyə o vurğulayıb.
