Bəhlul, Saşa, Təmkin
28.03.2020 , 17:19

“Sabah”ın Azərbaycan Premyer Liqasının ilk 20 turundan sonra ən çox meydanda olmuş futbolçuları məlum olub.
Korner.az xəbər verir ki, Premyer Liqanın ilk 20 turunda ən çox forma şansı qazanan Bəhlul Mustafazadədi. 23 yaşlı müdafiəçi 18 oyunda iştirak edib.
2-ci ən çox şans qazanan Saşa Stamenkoviçdi. 35 yaşlı qapıçı 17 oyunda 1530 dəqiqə forma geyinib.
“Sabah”ın heyətində 3-cü ən çox forma şansı qazanan futbolçu Təmkin Xəlilzadədi. 26 yaşlı oyunçu 17 oyunda 1369 dəqiqə meydanda qalıb:
Bəhlul Mustafazadə 18 oyun, 1609 dəqiqə
Saşa Stamenkoviç 17 oyun, 1530 dəqiqə
Təmkin Xəlilzadə 17 oyun, 1369 dəqiqə
“Sabah” Premyer Liqada 20 turdan sonra 21 xalla 6-cı sıradadı.
