Futbol

Bəhlul Mustafazadə: “Rəqibin mərhələ adlamaq şansı var”

18.11.2019 , 23:02

“Sabahkı görüşün çətin olacağını bilirik. Rəqibin mərhələ adlamaq şansı var. Mənə görə, Slovakiya qrupdakı ikinci ən güclü komandadı. Sabahkı matçda vuruşacağıq, əlimizdən gələni edəcəyik ki, xal qazanaq”.

Oyunçu oyunçu məqsədlərinin çətin səfər oyununda xal qazanmaq olduğunu söyləyib: “Hamşik kimi futbolçudan Azərbaycan yığmasının müdafiə xətti haqda müsbət fikirlər eşitmək xoşdu. Amma yalnız müdafiədə çıxış edənləri fərqləndirməzdim. Bütün komanda çalışacaq ki, uğur qazanaq. Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”.

Sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Son yazılar

Yuxarı