Bədavinin son durumu
31.03.2022 , 16:05

Azərbaycan millisinin heyətində zədələnmiş “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra futbolçuda 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb.
Müayinəyə əsasən, Bədavi Hüseynov 10-14 gün məşqlərdən kənar qalacaq.
