Bədavi Hüseynov üçün əlamətdar tur
29.04.2019 , 17:22

Azərbaycan milli komandasının üzvü Bədavi Hüseynov “Qarabağ”da 150-ci çempionat matçını keçirib.
PFL-in rəsmi saytına istinadən verilən xəbərə görə, 28 yaşlı müdafiəçi “Zirə” ilə görüşə (3:0) start heyətində çıxmaqla buna nail olub. 2012-ci ildən Ağdam klubunda olan Hüseynov 7 mövsümdə keçirdiyi 150 qarşılaşmada 2 qol vurub.
Qeyd edək ki, 2012-ci ilədək “Sumqayıt”da çıxış edən müdafiəçi çempionatda ümumilikdə 176 oyun keçirib və 2 qol vurub.
