“Neftçi” ilə oyunda bütün komanda yaxşı çıxış elədi, mən özümü bu barədə fərqləndirməzdim. Azarkeşlərin şüarlarını eşitdim”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov klubunun rəsmi saytına açıqlamasında deyib. Topaz Premyer Liqasının ötən tur “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri 21 yaşlı müdafiəçi yaxşı təsir bağışladı. Azarkeşlər millimizin üzvü haqda matç zamanı “Bədavi keçilməz, “Qarabağ” yenilməz” şüarını səsləndiriblər: “Onların rəğbətini qazanmaq mənə çox xoş oldu və hər birinə öz təşəkkürümü bildirirəm. Neçə oldu bunu qazandım? Bütün oyunlarda sona qədər mübarizə aparıram. Bəlkə, bu, azarkeşlərin diqqətini cəlb edib”.
Hüseynov “Qarabağ”a gələndə elə ciddi problem yaşamadığını söyləyib: “Milli futbolçularla öncədən tanışlığım vardı. Ümumilikdə, bütün komanda məni çox istiqanlı qarşıladı. Qurban Qurbanov mənimlə xüsusi maraqlandı. İlk oyunda meydana çıxanda bir qədər həyəcanım vardı. Hər halda, çempionluğa oynayan, ciddi hədəfləri olan komandaya gəlmişdim. Amma oyundan-oyuna özünəminlik daha da artdı”.
Hüseynov Rəşad Sadıqovun yoxluğunda müdafiənin mərkəzində birgə oynadığı albaniyalı Admir Teliylə oynamağın üstünlük verdiyini deyib: “Hiss olunur ki, Teli çox təcrübəlidir, daim mənə dəstək olur. Ümumilikdə, bütün komanda olduqca mehribandır. Hamı eyni hədəf üçün çalışır. İnanıram ki, bu birliyimiz sonda öz nəticəsini verəcək. Konkret hədəfə gəlincə, həm ölkə çempionatında, həm də kubok da sona qədər mübarizə aparıb, maksimum nəticə qazanmağa çalışacağıq”.
