BƏƏ klubu Almeydanı göndərir
27.05.2020 , 13:00

Millimizin üzvü Riçard Almeyda Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubundan ayrılmağa hazırlaşır.
“Al Roeya” nəşri yazır ki, Abu-Dabi təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırmağa qərar verib.
Braziliyalı futbolçu ümidləri doğrultmadığı üçün komandadan göndəriləcək.
