Antalyada təlim-məşq toplanışı keçirən azərbaycanlı hakimlərin idarə edəcəyi oyunların sayı artır.
Korner.az-ın məlumatına görə, bu gün referilərimiz 7 oyunda ədalət prinsiplərini qoruyacaqlar.
Oyunların siyahısı və onları idarə edəcək baş hakimlərin adlarıyla tanış olun:
"Partizan" (Serbiya) – "Sürix" (İsveçrə)
Baş hakim: Fariz Yusifov
"Osiyek" (Xorvatiya) – "Ronanq Stellas" (Koreya)
Baş hakim: Rauf Cabbarov
"Rad" (Sloveniya) – "Horizon" (Bosniya və Herseqovina)
Baş hakim: Orxan Məmmədov
"Zaltsburq" (Avstriya) – "AK Berlin" (Almaniya)
Baş hakim: Ömər Paşayev
"Petrolul" (Rumıniya) – "Slovan" (Sloveniya)
Baş hakim: Namiq Bəkirov
"Dinamo" (Moskva) – "Qəbələ" (əvəzedici heyətlər)
Baş hakim: Xəlil Hüseynli
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" – "Ekranas" matçına da azərbaycanlı referilərin təyin olunacağı gözlənilir.
Saleh Arslan
Antalya