Xorvatiya millisinin futbolçusu Luka Modriç “Avro-2016″nın seçmə mərhələsində Norveç və Azərbaycanla oyunlar öncəsi fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, “HTV”yə danışan 29 yaşlı yarımmüdafiəçi hər iki qarşılaşmanın çətin keçəcəyini deyib:
“Səfərdə iki çətin matç bizi gözləyir. Hazırlıqlara start vermişik. Hər iki oyundan yaxşı nəticə qazanacağımıza inanıram”.
Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 3-də Azərbaycan, sentyabrın 6-da Norveçlə qarşılaşacaq.