big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Azərbaycan yığması ilə yenə qarşılaşmaqdan çox məmnun olardıq” – MÜSAHİBƏ

24.01.2013 , 19:34

Yaponiya Futbol Assosiasiyasının prezidenti Daini Kuniya AFFA-nın rəsmi saytına eksklüziv müsahibə verib. Korner.az sizi həmin müsahibə ilə tanış edir.

– Azərbaycan və Yaponiyanın milli komandaları 2012-ci ilin mayında yoldaşlıq görüşü keçirdilər. Bu oyun komandanızın DÇ-2014-ün qarşılaşmalarına hazırlıq baxımından nə dərəcədə səmərəli oldu?
– Həmin oyun Braziliyada təşkil olunacaq DÇ 2014-ün Asiya seçmə mərhələsi çərçivəsində iyunda keçirdiyimiz növbəti 3 qarşılaşmaya hazırlıq baxımından çox faydalı oldu. Xüsusən də, ilk 3 oyunu evdə keçirdiyimiz üçün uduzmamalıydıq. Biz həmin qarşılaşma vasitəsilə Avropada çıxış edən oyunçularımızın fiziki hazırlığını yoxlamaq və ümumiyyətlə, komandada birgə oyunu yaxşılaşdırmaq istəyirdik. Əvəzində isə bizi növbəti 3 qələbəyə aparan gözəl bir hazırlığa nail olduq.

– Yaponiya millisinin Bakıda yoldaşlıq görüşü keçirməsi ideyası barədə nə deyə bilərsiniz?
– Azərbaycan millisi yaxşı komandadır və bir daha qarşılaşmaq üçün yeni imkan yaranacağı təqdirdə çox məmnun olardıq. Lakin FIFA Konfederasiyalar Kubokunun oyunları da daxil olmaqla komandamızın gərgin gündəliyini nəzərə alsaq, bu il belə bir yoldaşlıq oyununun baş tutacağı inandırıcı görünmür.

– Yaponiyanın U-17 yığması 2012-ci ildə Bakıda Caspian Cup turnirində iştirak edib. Bu turnir komandanızın rəsmi yarışlarda çıxışına müsbət təsirini göstəribmi?
– Biz Caspian Cup-da iştirak edən Şərqi Avropa komandaları kimi güclü rəqibləri tanıyırıq. Bu çempionat vasitəsilə komandamız Asiyada çox nadir hallarda rast gəlinən gözəl təcrübə imkanı əldə edə bilir. Keçən il U-17 milli komandamız turnirin qrup mərhələsini sonuncu yerdə başa vurdu. Buna baxmayaraq, komandamız belə bir təcrübəyə əsaslanaraq FIFA U-17 dünya çempionatında yarışmağa qətiyyətli şəkildə hazır olacaq.

– Yaponiya komandası bu il də Bakıda keçiriləcək Caspian Cup turnirinə qatılacaq. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
– Qeyd etdiyim kimi, Caspian Cup yüksək səviyyəli komandaları bir araya gətirir və bu, yaxşı bir təcrübədir. İnanıram ki, komanda bu turnir vasitəsiə gələcək inkişafını davam etdirəcək.

– Ümumiyyətlə, Azərbaycan və Yaponiyanın futbol əlaqələrinin perspektivi barədə fikirlərinizi bilmək istərdik.
– Azərbaycan UEFA-nın üzvüdür və burada futbolun səviyyəsi kifayət qədər yüksəkdir. Bizim yığma komandalarımız üçün azərbaycanlı həmkarları ilə oyunlar keçirmək çox faydalıdır. Gələcəkdə belə bir imkan yaranarsa, biz Azərbaycanla futbol oyunları, mübadilə proqramları kimi müxtəlif müstəvilərdə əməkdaşlıq etmək istərdik. Keçən il bizim komandamızın da iştirak etdiyi FIFA U-17 qadınlararası dünya çempionatı ölkənizdə təşkil olunmuşdu. Azərbaycan Orta Şərqə kifayət qədər yaxın olan bir Avropa ölkəsidir. Mən ölkələrimiz arasında mübadilə üçün yeni imkanlar yaranacağına ümid edirəm. Şəxsən onu deyə bilərəm ki, baş məşqçi Berti Foqtsu çox yaxşı tanıyıram. Vaxtilə oyunçu kimi “Borusiya VfL 1900 Mönchengladbach” təlimlərinə hər il qatılırdım. Keçən il baş tutan yoldaşlıq matçı zamanı, uzun bir fasilədən sonra yenidən onunla görüşdüm. Mən çox məmnun oldum, çünki keçmiş xatirələr yadıma düşdü.

Son yazılar

To Top